BAKI, 26 noyabr. TELEQRAF

“Ermənistanda müxalifət yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Ölkədəki siyasi gündəmi hakimiyyət diktə edir. Onlar isə müxalifət rolundadırlar, amma erməni xalqına deyəcəkləri heç nə yoxdur”, - spiker qeyd edib.

Alen Simonyan əlavə edib ki, Ermənistanda müxalif siyasətçilər dediklərinə görə yox, cinayət əməllərinə görə həbs olunurlar.