BAKI, 26 noyabr. TELEQRAF

“Bizim üçün vacibdir ki, Ukraynada sülh olsun və müharibə dayandırılsın, çünki bu, böyük dağıntılar və insan itkisinə səbəb olur”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin Prosedurlar Komitəsinin sədri Davit Matikaşvili deyib.

“Ukraynaya təklif edilən plan Gürcüstan hökumətinin ölkəni qorumaq üçün müharibədən yayınmaqda nə qədər haqlı olduğunun birbaşa sübutudur. Təəssüf ki, Ukrayna güzəştə getməli olacağı reallıqla üzləşib. Bizim atdığımız addımlar isə Gürcüstanın suverenliyi üçün düzgün idi”, - Matikaşvili bildirib.