BAKI, 22 noyabr. TELEQRAF

“Qafqazdakı qardaşlarımızla (Azərbaycan) əlaqələrimiz kəsilmişdi. Nəhayət, 90-cı illərin əvvəllərində onlar müstəqilliklərini qazandılar və əlaqələrimiz inkişaf etməyə başladı”.

Teleqraf xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.

“Hələ yolun başlanğıcıdır, gediləcək çox yolumuz var. Əlaqələrimiz və birgə iş bacarığımızı daha da artırmaq məcburiyyətindəyik. Türk dünyasını inkişaf etdirəcək ən vacib məsələ Orta Dəhliz və Zəngəzur dəhlizidir. Tam fəaliyyətə başlayanda, türk dünyasının zənginlikləri və resursları yenidən türk dünyasının insanlarına aid olacaq. Bunun üçün Özbəkistanda çox intensiv işlər aparılır”, - o bildirib.