BAKI, 19 noyabr. TELEQRAF

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi tezliklə müsbət nəticələr verə bilər”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Sərkis Xandanyan deyib.

“Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinin tezliklə müsbət nəticələr verəcəyinə nikbinliyimi ifadə etməyə bilmərəm. Hazırda davam edən konstruktiv və fəal siyasi dialoq bizə ümid verir ki, bu, tezliklə münasibətlərimizin institutsionallaşması, sərhədlərin açılması və daha geniş əməkdaşlığa çevriləcək”, - o qeyd edib.