BAKI, 12 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın oğlu Donald Con Trampın Ermənistana planlaşdırılan səfəri ləğv edilib.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Səfər noyabrın 12-nə planlaşdırılmışdı.

Kiçik Trampın İrəvana səfəri barədə məlumatı noyabrın 1-də Ermənistan KİV yaymışdı. Səfər çərçivəsində onun biznes və hakimiyyətin müxtəlif dairələri ilə görüşlərinin nəzərdə tutulduğu bildirilmişdi.

Xatırladaq ki, Donald Con Tramp amerikalı iş adamı və fəaldır. ABŞ-nin 45 və 47-ci Prezidenti Donald Tramp və onun birinci həyat yoldaşı İvana Trampın böyük övladıdır.