BAKI, 8 noyabr. TELEQRAF
8 Noyabr Zəfər Gününün beşinci ildönümü münasibəti ilə Bakıda keçirilən Qələbə paradında ilk dəfə olaraq silahlanmaya yeni qəbul edilmiş C-27J yük təyyarəsi nümayiş etdirilib.
Teleqraf xəbər verir ki, C-27J Spartan təyyarələri “Leonardo” kompaniyasının istehsalıdır, mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində müdafiə və mülki müdafiə missiyalarını yerin yetirir.
C-27J orta ağırlıqdakı yüklərin daşınması üçün nəzərdə tutulan hərbi nəqliyyat təyyarəsidir. “Aeritalia” G.222 təyyarəsinin bazasında hazırlanıb və “Lockheed Martin” C-130J "Super Hercules"də istifadə edilən mühərriklər və müxtəlif digər sistemlərlə təchiz olunub.
Təyyarə hərbi nəqliyyat missiyaları, paraşütçülər və materialların havadan atışları, taktiki qoşun dəstəyi, xüsusi təyinatlıların əməliyyatları, humanitar yardım və fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün ideal hesab edilir.
Ekipajı 2 nəfərdir. Sərnişin tutumu: 60-a qədər əsgər, 46 paraşütçü, 6 müşayiətçi ilə xərəklərdə 36 yaralı. Yükgötürmə qabiliyyəti 11,300 kq-dır. Uzunluğu 22,7 metr, qanadların eni 28,7 metr, qanad sahəsi isə 82 kv.m-dir. Hündürlüyü 9,64 metr, yük sahəsi 3,33x2,60, boş təyyarənin çəkisi 17500 kq-dır.
Uçuş xüsusiyyətləri: kruiz sürəti 583 kmI/saat, maksimum sürəti 602 km/I/saat, minimum sürəti 194 km/saat, qalxma sürəti isə 13 mI/s-dir.