BAKI, 5 noyabr. TELEQRAF

Moskva Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına əhəmiyyətli töhfə verib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskvada MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya uzun müddət regionda sabitliyin təmin olunması və sülhün bərqərar olması üçün səylər göstərib:

"Rusiya Ermənistan və Azərbaycan arasında tam həllini tapmamış münasibətlərin tənzimlənməsinə ciddi töhfə verib. Bütün bu müddət ərzində biz bölgədə sabitliyin təmin olunması və sülhün bərqərar olması üçün hər şeyi etdik".