BAKI, 5 noyabr. TELEQRAF

Rusiyadan Ermənistana taxıl tədarükü Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Qafqaz Dəmir Yolu QSC-nin baş direktoru Aleksey Melnikov "Sputnik Ermənistan"a açıqlamasında bildirib.

O vurğulayıb ki, yaxın saatlarda Azərbaycan ərazisindən Gürcüstana, daha sonra isə Ermənistana 15 vaqon Rusiya taxılı çatacaq.

"Yaxın günlərdə Qazaxıstan taxılı da eyni marşrutla Ermənistana göndəriləcək", - o qeyd edib.

Şirkət rəhbəri bu marşrutu praktiki olaraq yeni tarix adlandırıb və əlavə edib ki, artıq Çin istiqamətindən konteyner qatarlarının göndərilməsi imkanları da mövcuddur.