BAKI, 22 oktyabr. TELEQRAF
“Yaxın vaxtlarda Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsindən Naxçıvan və Türkiyəyə Azərbaycan-Ermənistan-Türkiyə boru kəməri və elektrik xətləri çəkiləcək”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib.
“Bütün bunlar TRIPP marşrut proqramı çərçivəsində müzakirə olunur. Türkiyə və Azərbaycanla da müvafiq müzakirələr aparırıq”, - baş nazir vurğulayıb.
Nikol Paşinyan bu proqramların həyata keçirilməsi və reallaşması üçün sülhü əsas şərt hesab edir.
“Hazırda Azərbaycanla qurulan sülhün daha institusional olması üzərində işləyirik”, - Ermənistan rəhbəri əlavə edib.