BAKI, 16 oktyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan sərhədlərin demarkasiyası prosesinin növbəti mərhələsinin TRIPP və ya “Tramp yolu”nun keçəcəyi hissədə aparılacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.

“Delimitasiya və demarkasiyanın kommunikasiyanın qurulmasının lazım olduğu yerlərdə aparılacağı ehtimal edilir və bu məntiqlidir. Həmin ərazidə sərhədin haradan keçdiyi artıq bəlli olacaq. Hazırda komissiyalar işləyir”, - o qeyd edib.