BAKI, 9 oktyabr. TELEQRAF
Hazırda Belçikada səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Tacikistana yola düşəcək.
Teleqraf xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.
Səfər MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçiriləcək iclası ilə əlaqəlidir. Azərbaycan Prezidenti İlham Əliyev də bu məqsədlə Tacikistanda səfərdədir.