BAKI, 9 oktyabr. TELEQRAF
Ermənistanın Vaşinqtondakı səfiri Narek Mkrtçyan ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hakerlə görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə avqustun 8-də Vaşinqtonda Azərbaycanla imzalanmış sənədlər, xüsusən də Ermənistan-ABŞ anlaşma memorandumu və TRIPP layihəsinin (yaxud Zəngəzur dəhlizinin) həyata keçirilməsi prosesi müzakirə edilib.
Alison Haker ABŞ-nin Cənubi Qafqazda sülhün və regional əməkdaşlığın yaradılması gündəliyinə sadiqliyini bir daha təsdiqləyib.