BAKI, 18 sentyabr. TELEQRAF
“Bölgədə (Ermənistanla Azərbaycan və Türkiyə arasında - red.) yolların açılmasından sonra Ermənistandan çıxan qatarlar Çinə qədər gedə biləcək”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Ermənistan və Çin arasında strateji tərəfdaşlığın formalaşması barədə danışan baş nazir qeyd edib:
“Strateji tərəfdaşlıq o deməkdir ki, ölkələrimizin biznes sektoru, o cümlədən iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün müsbət siyasi təkan var. Bəli, məsafə və nəqliyyat məhdudiyyətləri var, amma ümid etmirəm, əminəm ki, regional kommunikasiyaların (yolların) açılması bu problemlərin əhəmiyyətli hissəsini həll edəcək.
Təsəvvür edin: Ermənistanda qatarlara yüklənən yüklər bir də Çində boşaldılacaq – bu, tamam başqa iqtisadi vəziyyətdir və bizim vəzifələrimizdən biri də buna nail olmaqdır”.