BAKI, 17 sentyabr. TELEQRAF

Avropa İttifaqının (Aİ) genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Marta Kos Bakıya səfər edəcək.

Teleqraf xəbər verir ki, Kosun Bakıya səfəri sentyabrın 18-də başlayacaq.

Bildirilib ki, Avropa komissarı Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla bir sıra görüşlər keçirəcək:

“Səfər Azərbaycan və Ermənistan arasında sülh prosesinin həlledici mərhələsinə təsadüf edir və Aİ-nin regionlararası əlaqələrə dair gündəliyini regional inkişafa konkret töhfə kimi təqdim etmək imkanı verəcək”.