BAKI, 1 sentyabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının 25-ci Zirvə toplantısı çərçivəsində Çində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Həmsöhbətlər regionda sabitliyin və sülhün bərqərar olmasına yönəlmiş addımların vacibliyini vurğulayıblar.
Paşinyan və Ərdoğan qarşılıqlı etimad mühitinin yaradılması və regional kommunikasiyaların inkişafı üçün konstruktiv yanaşmaların davam etdirilməsinin vacibliyini bildirib. Həmçinin görüşdə Türkiyə ilə Ermənistan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar müzakirə edilib.
Tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.