BAKI, 29 avqust. TELEQRAF

“Eyni şeyi onun dünənki bəyanatı haqqında da demək olar”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı Ermənistan Baş naziri Nikol Paşinyanın 10 noyabr üçtərəfli bəyanatına artıq ehtiyacın olmadığı barədə bəyanatını şərh edərkən deyib.

“Bu rəqəmlərin hamısı linqvistik məşğələlərdir. Bu, bir hekayədir, ikinci hekayə isə mövcud sənədlərdir. İndi hamı 1990-cı illərin sənədlərinə istinad edir. Onlar da keçmişdə imzalanıb, amma hamı onlara istinad edir. Ona görə də, gəlin nə üsluba, nə də faktlara münasibət bildirək. Faktlar mövcud sənədlərdir. Mən eşitməmişəm ki, heç kim onları rədd edib və ya gündəmdən çıxarıb”, - diplomat bildirib.

Qeyd edək ki, dünən Nikol Paşinyan 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında əldə edilmiş 10 noyabr bəyanatına artıq ehtiyacın olmadığını açıqlamışdı.