BAKI, 12 avqust. TELEQRAF

Avqustun 12-də “Qartal Tərəfdaşı-2025” adlı Ermənistan-ABŞ birgə hərbi təlimlərinin başlandığı elan olunub.

Teleqraf xəbər verir ki, açılış mərasimində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan, ABŞ-nin İrəvandakı səfiri Kristina Quinn, yüksək rütbəli hərbçilər və qonaqlar iştirak ediblər.

Açılış mərasimi yürüşlə başa çatıb.

Təlimlərin beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində keçirildiyi, avqustun 12-dən 20-dək davam edəcəyi bildirilib.

Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadası, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunları və Kanzas Milli Qvardiyasının əsgərləri iştirak edir.