BAKI, 9 avqust. TELEQRAF

“Ermənistanla Azərbaycan arasında etimad səviyyəsi artmalıdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Vaş nazir bildirib ki, Ermənistan, Azərbaycan və ABŞ arasında birgə bəyannamənin imzalanması bir çox məsələlərin ikitərəfli formatda müzakirəsi və həlli üçün imkanlar açmalıdır:

“Bu istiqamətdə işləyəcəyik. Gündəliyimiz çox genişdir. Sülh müqaviləsinin imzalanması və ratifikasiyası ilə bağlı məsləhətləşmələri davam etdirməliyik. Müzakirə edə biləcəyimiz çoxlu məsələlər var. Vaşinqton görüşü ikitərəfli formatda işlərin dayandırılması və ya ikitərəfli formatın transformasiyası demək deyil. Əslində, bugünkü tədbir ikitərəfli işimizin ifadələrindən biridir. İkitərəfli formatda işimizi davam etdirəcəyik”.

Paşinyan əlavə edib ki, avqustun 8-də Ermənistanla Azərbaycan arasında sülh sazişi paraflanıb: “İndi onu imzalamaq üçün növbəti mərhələ üzərində işləmək lazımdır”.