TBİLİSİ, 8 iyul. TELEQRAF
“Gürcüstan Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının potensialından daha yaxşı istifadəsinə töhfə verməyə hazırdır”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidovla görüşdə deyib.
Dövlət başçısı Gürcüstanın Özbəkistanı özünün mühüm tərəfdaşlarından biri hesab etdiyini vuğulayıb.
Tərəflər iki ölkə arasında mövcud əlaqələri və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.