BAKI, 27 noyabr. TELEQRAF

Azərbaycan və Ermənistan arasında sülhün institusionallaşdırılması prosesində iki ölkənin cəmiyyətləri arasında təmasların qurulması mühüm əhəmiyyət daşıyır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan "Sülh körpüsü" təşəbbüsü çərçivəsində keçirilən 5-ci dəyirmi masa müzakirələri zamanı azərbaycanlı və erməni iştirakçılarla görüşdən sonra bildirib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin üzvləri Ermənistanın xarici siyasəti və iki ölkə arasında münasibətlərin normallaşması prosesinin dinamikası ilə bağlı suallar ünvanlayıblar:

"Tərəflər sülhün institusionallaşdırılması istiqamətində irəliləməyin vacibliyini qəbul ediblər".

O, həmçinin TRIPP layihəsi ilə bağlı son yeniliklər barədə məlumat verdiyini bildirib.