TBİLİSİ, 8 iyul. TELEQRAF

Avropa Parlamentində (AP) bu gün Gürcüstanla bağlı müzakirələr keçiriləcək.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, debatlardan sonra Avropa Komissiyasının Gürcüstanla bağlı 2023 və 2024-cü illər üzrə hesabatları səsverməyə qoyulacaq.

AP-nin rəsmi saytında yerləşdirilmiş qətnamə layihəsində bildirilib ki, qurum gürcü xalqı ilə həmrəy olduğunu, onun Avropa və avroatlantik istəklərinə sarsılmaz dəstəyini bir daha təsdiqləyir.

Sənəddə hakim “Gürcü Arzusu” partiyasının Gürcüstana namizəd ölkə kimi Avropaya inteqrasiya yolunda irəliləmək üçün verilmiş tarixi fürsətdən istifadə edə bilməməsindən təəssüf ifadə olunub. AP partiyanın təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə qarşı fərdi sanksiyaların tətbiqinə çağırıb.

Qətnamədə vurğulanıb ki, AP ötən ilin oktyabrın 26-da Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələrini və hökuməti tanımır.