TBİLİSİ, 4 iyul. TELEQRAF
Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurasının iyulun 15-də keçiriləcək toplantısında Gürcüstan yenidən müzakirə olunacaq.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Avropa Şurasının saytında bildirilib.
Toplantının gündəliyinin cari məsələlər bölməsinə əsasən, XİN rəhbərləri Gürcüstanla bağlı fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, Aİ-nin XİN başçıları Gürcüstanla bağlı bu yaxınlarda - iyunun 23-də müzakirələr aparıblar, konkret addımlarla bağlı razılıq əldə etməyiblər.