TBİLİSİ, 27 iyun. TELEQRAF
“Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı konkret yol xəritəsi əsasında bərpa etməyə hazırdır”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabatla çıxışı zamanı deyib.
O, Tbilisinin Vaşinqtondan müvafiq addımlar gözlədiyini bildirib.
“ABŞ ilə münasibətlər bizim üçün çox vacib prioritetdir. Səfirliklərlə bağlı çox mühüm addımlar atılıb. Gürcüstanın ABŞ-yə səfir təyinatı da belə addımlardan olub. Hesab edirik ki, bu son dəyişikliklər yekun nəticədə münasibətlərin yenidən başlanmasına kömək edəcək”, - İ.Kobaxidze söyləyib.
Xatırladaq ki, Tbilisi-Vaşinqton münasibətlərində böhran ötən ilin noyabrından hökm sürür. ABŞ noyabrın 30-da Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb. Gürcüstan bu ayın əvvəlində Tamar Taliaşvilini Gürcüstanın ABŞ-dəki səfiri təyin edib. Donald Trampın Administrasiyası Gürcüstanın yeni səfirinə aqreman verib.