BAKI, 10 iyun. TELEQRAF

“Ermənistanın sabiq prezidentləri Serj Sərkisyan və Robert Köçəryan parlament qarşısına çıxmaqdan qorxurlar”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Vaaqn Aleksanyan “Şərəfim var” parlament fraksiyasının Masis şəhərinin meri Davit Ambarsumyanın baş nazirliyə namizəd kimi irəli sürməsi qərarını şərh edərkən deyib.

“Zənn edirəm ki, Serj Sərkisyan və ya Robert Köçəryanın parlament qarşısında dayanmağa cəsarəti və kişiliyi çatacaq. Amma onlar bunu etmirlər. Mən Serj Sərkisyan və Robert Köçəryanı Masis merinin arxasında gizlənməməyə və parlamentə şəxsən gəlmək üçün cəsarət tapmağa çağırıram. Ümid edirəm ki, onlar üçün nə qədər çətin olsa da, o cəsarəti və kişiliyi özlərində tapacaqlar.

Serj Sərkisyan və Robert Köçəryanın qorxuları fərqli təzahürlərə malikdir, gəlin siam əkizlərini bir-birindən ayırmayaq. Onlar parlamentə gəlməkdən qorxurlar. İndi onların hər biri 20-yə yaxın potensial namizəd irəli sürüb, “o budur” deyə bilərlər. Amma o kişiliyi özünüzdə tapın, cənab Serj Sərkisyan və Robert Köçəryan, parlamentə gəlin”, - Aleksanyan bildirib.

Xatırladaq ki, “Şərəfim var” fraksiyası iyunun 7-də sabiq prezident Serj Sərkisyanın sədri olduğu Respublika Partiyasının təqdimatı əsasında Davit Ambarsumyanın baş nazirliyə namizədliyini irəli sürüb. Bu addımın sözügedən fraksiyasının Baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinin başldılması təşəbbüsü çərçivəsində atıldığı açıqlanıb.