BAKI, 7 iyun. TELEQRAF

Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentə növbəti seçkilərin nə vaxt keçiriləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

“Bu gün iyunun 7-dir. Ermənistan Respublikasının Milli Məclisinə növbəti seçkilərə düz bir il qalıb. 7 iyun 2026-cı ildə baş tutacaq. Geri sayım başladı”, - Simonyan qeyd edib.