BAKI, 24 may. TELEQRAF
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 27-29-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndələrin 13-cü Beynəlxalq toplantısında iştirak etməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
“Respublika Gününə həsr olunmuş tədbirlərdə iştirak etdiyinə görə Ermənistan Respublikası Milli Təhlükəsizlik Şurasının katibi Moskva toplantısına qatılmayacaq”, - Milli Təhlükəsizlik Şurasının ofisindən bildirilib.
Ermənistan toplantıda səfir səviyyəsində təmsil olunacaq.