BAKI, 22 may. TELEQRAF

Ermənistan hökuməti bu gün, mayın 22-də keçirilən iclasında parlamentdəki müxalif “Ermənistan” fraksiyasının təklif etdiyi və qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan Cinayət Məcəlləsinə dəyişiklik layihəsinə mənfi rəy verib.

Teleqraf xəbər verir ki, hökumət layihədə təklif olunan dəyişikliklərin məqsədəuyğun olmadığını bildirib.

Layihə aprelin 22-də qondarma soyqırımının 110 illiyi ilə əlaqədar “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan tərəfindən irəli sürülmüşdü.