BAKI, 9 may. TELEQRAF

Ermənistan-Azərbaycan danışıqları ikitərəfli formatda aparılır.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə deyib.

Danışıqların hazırkı mərhələsindən və vasitəçilərə ehtiyacın olub-olmamasından bəhs edən qurum rəhbəri danışıqların əsasən ikitərəfli olduğunu, sülh sazişinin mətninin razılaşdırıldığını və razılaşdırılmış mətn üzrə ikitərəfli formada intensiv iş getdiyini bildirib.

“Mətn razılaşdırılıb, imzalanma yeri və vaxtı ilə bağlı danışıqlar aparmalıyıq, əsas diqqət bunun üzərindədir.

Danışıqlar ikitərəflidir, ikitərəfli təmaslarda effektivlik gördüyümüz üçün belə işləməyə davam edirik”, - Qriqoryan bildirib.