TBİLİSİ, 25 aprel. TELEQRAF

Ozurgeti-Tbilisi qatarında vaqonlardan birində baş vermiş tüstülənmə zamanı xəsarət alan olmayıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC-nin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, sərnişinlər vaxtında təxliyə olunub və onların alternativ nəqliyyatla daşınması ilə bağlı işlər aparılır.

Hadisənin səbəbinin müəyyən olunması üçün araşdırma aparılır.

***

15:47

TBİLİSİ, 25 aprel. TELEQRAF

Gürcüstanda Ozurgeti-Tbilisi marşrutu üzrə hərəkət edən sərnişin qatarında Xaşuri şəhəri yaxınlığında yanğın baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, sərnişinlər dayanan qatarı tərk ediblər.

Hadisə yerində qatı tüstü müşahidə olunur. Yanğının səbəbi hələ bilinmir.