TBİLİSİ, 22 aprel. TELEQRAF

Rusiyanın Xalq rəssamı, heykəltəraş və memar Zurab Sereteli Tbilisidə Didube panteonunda həyat yoldaşı İnessa Andronikaşvilinin yanında dəfn olunacaq.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə onun nəvəsi Vasili Sereteli Rusiya mediasına bildirib.

Z.Sereteli ilə vida mərasimi aprelin 24-də Moskvada Xilaskar İsa Kilsəsində keçiriləcək.

Qeyd edək ki, dünya şöhrətli rəssam ötən gecə ürək dayanmasından 91 yaşında vəfat edib.