TBİLİSİ, 22 aprel. TELEQRAF
“Azərbaycanla Ermənistan arasında sülh sazişini bir daha alqışlayırıq və Gürcüstanın bölgədə sülh və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verməyə hazır olduğunu qeyd edirik”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə keçirdiyi görüşdən sonra deyib.
Nazir Gürcüstanın regionda sülh istədiyini bildirib.
“Şadam ki, ötən həftə Tbilisidə xarici işlər nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilib. Gürcüstan, Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında görüş ilk dəfədir baş tutub və ümid edirəm ki, bu formatda biz bölgənin rifahı naminə əməkdaşlıq edə biləcəyik”, - XİN başçısı söyləyib.