BAKI, 18 aprel. TELEQRAF
Ermənistan mediası və cəmiyyətində başqa ölkələrin nümayəndələrinə qarşı nifrət nitqi geniş yayılıb.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Teleradio Komitəsinin sədri Tiqran Akopyan deyib.
Onun sözlərinə görə, media ilə yanaşı, cəmiyyətdə də nifrət nitqinə qarşı mübarizə aparılmalıdır.
“Nifrət və zorakılıq daha çox internet və kabel şəbəkələrində yayılır. Məsələn, bu il bizdə 2 proses olub, hər ikisi milli-dini ayrı-seçkiliklə bağlıdır, məsələn, Asiyadan olan işçilər, hindlilər və digər ölkələrin sakinlərinə qarşı olub. Erməni radio şirkətlərindən biri sırf milli ayrı-seçkiliklə məşğul olduğuna görə 500 min dramla cəzalandırılıb, təəssüf ki, bu, cəmiyyətimizdə bəzi mənfi reaksiyalara səbəb olub. Bəziləri yəqin belə düşünürlər ki, biz “seçilmiş millət”ik, başqaları haqqında nə istəsək danışa bilərik”, - Akopyan bildirib.