
TBİLİSİ, 17 aprel. TELEQRAF
“Gürcüstan, Ermənistan və Azərbaycanın Xarici İşlər Nazirliklərinin nümayəndələrinin iştirakı ilə Tbilisidə keçirilən görüş regionumuzu narahat edən məsələlərin müzakirə edilməsi üçün yaxşı fürsətdir”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
Onun sözlərinə görə, Gürcüstanın məqsədi bölgədə sülh və sabitliyə maksimum töhfə verməkdir.
“Bu cür görüş ilk dəfədir ki, keçirilir. Biz üç ölkə arasında region üçün mühüm məsələləri müzakirə edə bildik. Ümid edirəm ki, biz gələcəkdə də bu formatda üç ölkə arasında məsələləri müzakirə edib üzərində işləməyə davam edə biləcəyik”, - M.Boçorişvili söyləyib.