TBİLİSİ, 17 aprel. TELEQRAF

“Strateji əhəmiyyətli Cənubi Qafqaz bölgəsinin böyük potensialını Gürcüstan, Azərbaycan və Ermənistan birgə reallaşdıra bilər”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Tbilisidə keçirilən üçtərəfli görüşdə çıxışında deyib.

Onun sözlərinə görə, üç ölkəni Tbilisidə bir masa ətrafında birləşdirən Gürcüstanın regional əməkdaşlığın inkişafına və ümumi maraqların müəyyənləşdirilməsinə töhfə verməsi ilə bağlı səmimi istəyidir.

XİN başçısı qeyd edib ki, regionla bağlı fikir mübadiləsinin aparılması və üçtərəfli əməkdaşlıq imkanlarının araşdırılması olduqca zəruridir.