
BAKI, 15 aprel. TELEQRAF
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.
“Həmsöhbətlər müdafiə və hərbi sənaye sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Qriqoryan Ermənistan hökumətinin müdafiə və hərbi sənayenin inkişafı istiqamətində həyata keçirdiyi işləri və sahə prioritetlərini təqdim edib.
Təhlükəsizlik Şurasının baş katibi Aİ-nin Sülh Fondu vasitəsilə Ermənistana göstərilən hərbi yardımdan məmnunluğunu ifadə edərək, onun Ermənistanın (hərbi baxımdan) dayanıqlığının artırılması perspektivindən əhəmiyyətini vurğulayıb”, - məlumatda deyilir.