BAKI, 8 aprel. TELEQRAF

ABŞ-Ermənistan ikitərəfli gündəliyi iflasa uğrayıb.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.

Ekspert xarici hərbi yardımları dayandıran ABŞ Prezidenti Donald Trampın Ermənistan gündəliyinin də üstündən xətt çəkdiyini bildirib.

“İllərdir Ermənistan-ABŞ münasibətlərinin gündəmində ən böyük payı Vaşinqtondan İrəvana göstərilən yardım proqramları təşkil edirdi. Bu çərçivədə Vaşinqton Ermənistanda polisə, ədliyyə, məhkəmə, iqtisadi və digər sektorlara maddi dəstək verirdi. İndi Tramp xarici yardımı əhəmiyyətli dərəcədə azaltdığından, Ermənistan-Amerika ikitərəfli gündəliyi də iflasa uğrayıb. Əgər Amerikanın yardım proqramları artıq mövcud deyilsə, demək, ABŞ ilə əməkdaşlıq sahələri də artıq müzakirə olunmur”, - Sərkisyan vurğulayıb.