BAKI, 27 fevral. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Marqara sərhəd-keçid məntəqəsində olub, tikinti işləri başa çatıb, açılışa hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə naziri David Xudatyan bildirib.

Nazir Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsinin açılma müddətinə toxunaraq qeyd edib ki, bu, təkcə İrəvanın mövqeyindən asılı olmayan siyasi qərarın nəticəsi olmalıdır.