
BAKI, 27 fevral. TELEQRAF
2024-cü ildə Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında iki görüş baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökumətinin xarici proqramları ilə bağlı hesabatında deyilir.
Həmçinin ötən il Ermənistan və Azərbaycanın sərhəd komissiyalarının 5 iclası, xarici işlər nazirlərinin eyni sayda görüşü baş tutub.
Ermənistan-Türkiyə münasibətlərinə gəlincə, 2024-cü ildə Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bir rəsmi görüş keçirilib və iki ölkənin xarici işlər nazirləri arasında 2 telefon danışığı olub.
Ermənistan-Türkiyə quru sərhədində yerləşən Marqara-Alican keçid məntəqəsində iki ölkənin xüsusi nümayəndələrinin sayca beşinci görüşü baş tutub. Xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatiya Forumunda və İstanbulda keçirilən 3+3 formatının iclasında iştirak edib.