TBİLİSİ, 19 fevral. TELEQRAF

Bu ilin yanvar ayında Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 108 968,8 min ABŞ dolları təşkil edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin illik hesabatında bildirilib.

İllik müqayisədə həcmdə 17,2% artım qeydə alınıb.

Sənədə əsasən, yanvarda Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 5,4%-ə bərabər olub. Azərbaycan ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Çindən sonra Gürcüstanın VI böyük ticarət tərəfdaşı olub.

Hesabat ayında Gürcüstanın Azərbaycana ixracı 46 240,1 min ABŞ dolları təşkil edib ki, buda ötən ilin eyni göstəricisindən 13% çoxdur. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstandan sonra II yeri tutub.

Gürcüstanın Azərbaycandan idxalı isə illik müqayisədə 14,9% artaraq 62 728,7 min ABŞ dollarına çatıb. Azərbaycan qonşu ölkənin ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya və Çindən sonra VI əsas idxal tərəfdaşı olub.

Yanvarda Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi illik müqayisədə 39,3% artaraq 2 008,1 mln. ABŞ dolları təşkil edib. Qonşu ölkənin ixracı isə 19,3% artaraq 403,9 mln. ABŞ dollarınaa, idxalı isə 45,5% artaraq 1 604,2 mln. dollara bərabər olub.