BAKI, 22 aprel. TELEQRAF

Rusiyalı oliqarx Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku iyunun 7-da keçiriləcək parlament seçkilərində iştirak üçün seçki siyahısını aprelin 22-də Ermənistan Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə blokun nümayəndəsi Aram Vardevanyan məlumat verib.

Siyahıda 199 nəfərin adı var. Blokun seçki siyahısının ilk onluğuna Narek Karapetyan, Aram Vardevanyan, Qohar Meloyan, Davit Qazinyan, Ruben Mxitaryan, Areqa Ovsepyan, Mamikon Aslanyan, Hayk Farmanyan, Marianna Qahramanyan və Hayk Sukiasyan daxildir.

Aprelin 20-də MSK həmçinin Qaqil Sarukyanın sədri olduğu “Çiçəklənən Ermənistan” Partiyasının namizəd ərizəsini qəbul edib. Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası da seçki siyahısını quruma təqdim edib.