
TBİLİSİ, 18 fevral. TELEQRAF
“Gürcüstan tolerantlığın təcəssümüdür. Bu pravoslav xristian ölkəsində sinaqoq və məscid yan-yana dayanır”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Fransanın “Radio Courtoisie” radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, Gürcüstan modeli digər ölkələr üçün ilham mənbəyi ola bilər.
Dövlət başçısı qeyd edib ki, Gürcüstanın hazırkı hökuməti gürcü identikliyini, mədəniyyətini və inancını inkişaf etdirmək üçün böyük təcrübə toplayıb.
“Çətinliklərə və təhqirlərə baxmayaraq, biz yolumuzdan dönməmişik və bu dəyərləri rədd etməmişik. Bizim avropalılarla çox oxşar cəhətlərimiz var, xarakterimiz, kimliyimiz, dəyərlərimiz bənzərdir. Bizi Avropaya cəlb edən oxşarlıqlar bunlardır. Amma düşünürük ki, biz birinci növbədə gürcüyük, daha sonra avropalıyıq”, - M.Kavelaşvili söyləyib.