TBİLİSİ, 17 fevral. TELEQRAF

Gürcüstanda “Sosial Demokratiya Uğrunda Hərəkat” adlı yeni siyasi təşkilat təsis edilib.

Teleqraf xəbər verir ki, hərəkatın manifesti Tbilisidə bu gün doğum günü qeyd olunan yazıçı Eqnate Ninoşvilinin abidəsi önündə oxunub.

Tədbirdə bildirilib ki, hərəkatın məqsədi Gürcüstanda sosial ədaləti bərqərar etmək, həmçinin yeni seçkilərin keçirilməsi tələbi ilə davam edən etirazları gücləndirməkdir.

“Sosial Demokratiya Uğrunda Hərəkat”a müxtəlif peşələrə, təcrübələrə və maraqlara sahib vətəndaşlar qoşulublar. Təşkilatın hazırda 100-dən çox üzvü var, hərəkat onun dəyər və prinsiplərini bölüşən hər kəsə açıq elan edilib.