BAKI, 17 fevral. TELEQRAF

Tərəfdarlarım arasında sələfim Serj Sərkisyanı qəbul etməyən insanlar var.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib.

“Tərəfdarlarım arasında Serj Sərkisyanı qəbul etməyənlər var. Sarkisyanın tərəfdarları arasında da məni qəbul etməyənlər mövcuddur. Biz öz tərəfimizdən nələrisə saxlamağa çalışırıq, amma hamını idarə edə bilmərik”, - o vurğulayıb.