
BAKI, 17 fevral. TELEQRAF
Tanınmış gürcü iş adamı Qoqi Topadze 85 yaşında dünyasını dəyişib.
Teleqraf “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Topadze bir neçə dəfə Tbilisi merliyinə namizəd olub və "Gürcüstanı sənaye xilas edəcək" siyasi partiyasının yaradıcısı olub.
O, 1994-cü ildə “Kazbegi” pivə istehsalı şirkətini təsis edib. 2000-ci ildən Topadze şərabçılıq, pivə istehsalı, sərinləşdirici içkilər, siqaret, ağac emalı və restoran biznesi sahələrini birləşdirən “ASC Kazbegi”nin prezidenti idi.
Gürcü sahibkar 1997 və 1998-ci illərdə "İlin ən yaxşı iş adamı" adına layiq görülüb. Topadze 1996-2009-cu illərdə Gürcüstan Qış İdmanı Federasiyasının prezidenti olub. O, 1999-cu ildə Gürcüstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti də seçilib.
2012-ci ildə Topadzenin rəhbərlik etdiyi partiya milyarder Bidzina İvanişvilinin “Gürcü arzusu” siyasi koalisiyasına qoşulub.