
BAKI, 15 fevral. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində İraq Kürd Muxtariyyətinin prezidenti Nəçirvan Bərzani ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
“Həmsöhbətlər ikitərəfli ticari-iqtisadi əməkdaşlıqdan məmnunluq ifadə ediblər və iqtisadi əlaqələrə əlavə təkan verəcək işgüzar əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində ardıcıl addımların atılmasının önəmi bildirilib”, - məlumatda deyilir.