BAKI, 14 fevral. TELEQRAF

Ermənistan Avropa İttifaqı (Aİ) üzvlüyünə bir addım da yaxınlaşıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Yaşıllar Partiyasının bəyanatında deyilir.

“Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanmasına yönəlmiş qanun layihəsini qəbul edib. Bundan sonra referendum zamanı xalq öz sözünü deyəcək. Ermənistanın Aİ-yə üzvlük istiqamətində irəliləyişini səbirsizliklə gözləyirik”, - bəyanatda bildirilir.

Xatırladaq ki, Ermənistan parlamenti fevralın 12-də “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun layihəsini qəbul edib.