BAKI, 26 oktyabr. TELEQRAF
Bolqarıstanda hazırkı Prezident İliyana Yotova və vitse-prezidentliyə namizəd Kiril Valçev ötən gün keçirilən prezident seçkilərinin ilk turunu az fərqlə qalib başa vurublar.
Teleqraf xəbər verir ki, bu barədə Bolqarıstanda Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Bildirilib ki, səslərin 99,95 faizi hesablanıb. İliyana Yotova və Valçev cütlüyü səslərin 34,75 faizini toplayaraq ilk sırada qərarlaşıb.
Keçmiş Baş nazir Andrey Gyurov və vitse-prezidentliyə namizəd Georgi Kandev isə səslərin 31,95 faizini qazanıb.
İlk turda qeydə alınmış seçicilərin 4,42 faizi “Heç kimi dəstəkləmirəm” seçimini edib.
Bolqarıstanda 1992-ci ildən bəri səkkizinci dəfə keçirilən prezident seçkilərində seçici fəallığının əvvəlki seçkilərlə müqayisədə ən aşağı səviyyədə qaldığı bildirilir.
Seçici fəallığının 50 faizdən aşağı olması və namizəd cütlüklərindən heç birinin etibarlı səslərin yarıdan çoxunu toplamaması səbəbindən ikinci tur keçiriləcək.
Noyabrın 1-də keçiriləcək ikinci turda Yotova-Valçev və Gyurov-Kandev cütlükləri mübarizə aparacaq.
MSK-nın prezident seçkilərinin ilk turunun yekun nəticələrini oktyabrın 27-də açıqlayacağı gözlənilir.