BAKI, 19 oktyabr. TELEQRAF
ABŞ 2027-ci ildə Prezident Donald Trampın Özbəkistana səfərini təşkil etmək üçün hazırlıqlara başlamağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Səmərqənddə jurnalistlərə açıqlamasında bildirib.
"Biz bu səfərin baş tutmasını istərdik. Gələn il bunun üzərində işləyəcək və mümkün tarixləri müəyyənləşdirəcəyik",- M.Rubio qeyd edib.
O vurğulayıb ki, D.Tramp özü də fürsət yaranacağı təqdirdə Özbəkistana səfər etmək niyyətində olduğunu bildirib.