BAKI, 2 sentyabr. TELEQRAF

“İspaniya uzun müddətdir Ukraynaya “Patriot” raketləri tədarük edir və bunu davam etdirmək niyyətindədir”.

Teleqraf xəbər verir ki, bu barədə İspaniya xarici işlər naziri Xose Manuel Albares bildirib.

Albares jurnalistlərin sualına cavab olaraq bildirib: “Bunu uzun müddətdir edirik və etməyə davam edəcəyik”.

“Bloomberg”in yazdığına görə, NATO və Avropa İttifaqı İspaniya və Yunanıstana Ukraynaya “Patriot” raketlərinin tədarükü üçün təzyiq göstərir.