BAKI, 2 avqust. TELEQRAF
Rumıniya Müdafiə Nazirliyi Ukrayna ilə sərhəd yaxınlığında hava hədəfi aşkar edildiyini, lakin obyektin ölkənin hava məkanına daxil olmadığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, avqustun 2-də yerli vaxtla saat 09:30 radələrində nazirliyin radiolokasiya müşahidə sistemi Ukrayna ilə çay sərhədi yaxınlığında hava hədəfi qeydə alıb.
Məlumata görə, qısa müddət sonra hava obyekti radiolokasiya sistemlərinin müşahidə zonasından itib.
Nazirlik qeyd edib ki, Ukrayna ilə Dunay çayı boyunca həmsərhəd olan Tulça dairəsində əhalinin təhlükə barədə məlumatlandırılması üçün tədbirlər görülüb. Bölgədə təxminən 20 dəqiqə ərzində hava həyəcanı siqnalı səsləndirilib.